Gajil,Gecil,گجيل
 

گجيل

 


Dr. Cavad Heyət: Bir Leqend, Bir Lider, Bir Alim

Doktor Cavad Heyət 1925-ci il may ayının 24-də Təbrizdə bir Azərbaycan sevən aılədə dünyaya gəlmiş. İbtidai təhsilini Təbrizdə, orta təhsilini isə Tehranda bitirib və 1941-ci ildə Tehran universitetinin tibb fakültəsinə daxil olub və iki ildən sonra təhsilini İstanbul Universitetində davam edir. Sonra İxtisasını təkmilləşdirmək üçün Parisə gedib və 1952-də mütəxəssis cərrah kimi Tehrana qayıdır. 1962-ci ildə ilk dəfə açıq ürək əməliyyatı aparıb və sonra cərrahliğa dair nəzəri araşdirmalar ila məşğül olub və ona yanaşi 1964-cü ildən ibarət on iki il ərzində Tibb elmi jurnal İranda nəşr etdirib. Tibb sahəsində böyük naılıyyət qazanan professor davamlı şəkildə Azərbaycan dil, tarix və ədəbiyyat üzrə fəalıyyət göstərir.

Azərbaycan xalqına ürəkdən sevgi bəsliyən alim gecə-gündüz xalqınıır vəziyyətdən qurtarmağın həlli yollarını düşünüb. O xalqının dil, tarix və ədəbiyyatının yasaq olmasına qarşı ömur boyü hər tərəfli (diplomat, təşkilatçı, alim və tədqiqatçı kimi) fəaliyyətə malik bir şəxsiyyətdir. Cavad Heyət Güney azərbaycan türkinə xidməti ilə yanaşı ümumtürk dünyasına tarixi xidmətlərdə edib. Güneydə Azərbaycan ədəbi dilini formalaşdıranlardan birsi olub və filologiya və türkologiya elm üzrə dəyərli kitablar nəşr edib. Doktor 1979-cu ildə bir qrup ziyalı azərbaycanlılar ila öz şəxsi vəsaıtı hesabına ”varlıq” dərgisini təsis edir və o ildən bəri Azərbaycan xalqının varlığı uğurunda yorulmadan təmenasız fəal və gündəlik halda mübarizə aparır.

İran və türkdünyasinin ədəbi, ictimai və siyasi aləmindəəyyən nüfuza malik olan Cavad Heyət haqqda deyilməli söz çoxdur, amma onun leqend və böyük insan olduğu nə onun yaşında, nə təhsilində, nə peşəsində, nə də zahırı əlamətlərindədir, bəlkə onun dünyagörüşündə və Azərbaycan xalqını sevən xüsüsiyyatlarında özünü göstərir. Sözün həqiqi mənasında, təmenasız və ürək dolu səmimiyyətlə bütün Azərbaycanlılara özünü yoldaş, qardaş/ata və fikirdaş hesab edən ziyalı alim Dr Heyət, insaniyyət və bəşəriyyet üçün dəyərli örnəkdir.

May ayın 24-i Cavad Heyətin doğum günüdü, ona AZƏR Cəmiyyəti tərəfindən təbrik edirik və üzün ömür və can sağlığı arzu edirik. Xatırlamaq lazımdır ki doğum günü münasibəti ilə AZƏR Cəmiyyətləri tərəfindən mükafat veriləcək.

Elnaz Hossienkhah

AZƏR Cəmiyyəti, Lund
 

گجيل سايتي ركلاملاري وئريلن سايتلارين محتواسيندان سوروملو  دئييل.
 بو ركلاملار ايراندا ، آذربايجان سايتلارين آرتيق راق تانيتديرماق اوچون بوردا ويريليب ديلار.


 


گجيل سايتي لينکي وئريلن سايت يا يازيلارين محتواسيندان سوروملو دئييل.

E-mail : webmaster@gajil.20m.com
Copyright © 2003-2004.